16669,20%1,39
43,49% 0,05
51,34% 0,10
6894,78% 6,03
11768,33% 3,45

Dün Azərbaycanın tanınmış sənətçisi, mədəniyyət elçisi Roza İbadova Kocamaz İzmir’de yaşayan azərbaycanlı gənclərlə bir araya gələrək onları təbrik edib. Görüş Caffe Delmattino kafesində baş tutub. Səmimi mühitdə keçən tədbirdə sənətçi gənclərlə söhbət edib, onların təhsil həyatı və gələcək planları ilə maraqlanıb.

Roza İbadova Kocamaz çıxışında gənclərin Azərbaycanın gələcəyi olduğunu vurğulayaraq, harada yaşamalarından asılı olmayaraq milli dəyərlərə bağlı qalmağın vacibliyini qeyd edib. Görüş iştirakçıları bu diqqətə görə sənətçiyə təşəkkürlərini bildiriblər.

Səmimi və yaddaqalan atmosferdə keçən tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. İzmir’de yaşayan azərbaycanlı gənclər bu cür görüşlərin daha tez-tez təşkil olunmasını arzuladıqlarını bildiriblər.
Humay Manas