10895,16%0,23
40,89% 0,06
47,87% 0,04
4408,70% 0,59
7056,83% 0,00
1994-cü il, 10 may… Tovuz rayonunun Əyyublu kəndində bir igid dünyaya gəldi – Əsgərov Musa Amil oğlu.
Hələ uşaqkən torpağın nə demək olduğunu öyrəndi. 2012-ci ildə hərbi xidmətə yollandı, amma o gün baş verən sadəcə vəzifə borcu deyildi. O gün Musa, torpaq uğrunda ölməyə and içmişdi.
Zaman gəldi… 2020-ci ilin sentyabrında könüllü olaraq Vətən Müharibəsinə qatıldı.
Müharibənin ən ağır nöqtələrindən – Füzuli, Xocavənd, Şuşa və Laçın cəbhələrindən keçdi.
Əli silahda, qəlbi vətəndə idi. Döyüşdü, vuruşdu, təkcə düşmənə qarşı deyil — yaralı yoldaşlarını da ön xətdən çiynində çıxardı.
Əsil əsgər kimi, mərdliklə, canı bahasına...
44 günlük savaşın 7 noyabrında, Şuşanın Daşaltı bölgəsində ağır yaralandı.
Tənha meşədə, qan içində 1 gün bayıl vəziyyətdə qaldı. Yanında şəhid yoldaşları vardı… Onu da şəhid bilmişdilər…
Amma Musa hələ sağ idi!
O, ölümə boyun əymədi! Öz qan izini izləyərək, sürünərək səs gələn tərəfə doğru hərəkət etdi.
Hər daşın üstündə, hər qayada, damla-damla izi qaldı.
Sonda onu tapanlar, 052 saylı hərbi birliyin zabitlərinə təhvil verdilər.
Yaralı halda təxliyə olundu. Əvvəl düşməndən təmizlənmiş bir zirzəmidə ilkin tibbi yardım, sonra Hadrut, ardınca isə Füzuli Mərkəzi Xəstəxanası...
Bir il sonra...
Musa yenidən yeridi. Yenidən toplumla bir oldu.
Amma daha əvvəlki Musa deyildi. İndi onun hər addımı şəhidlərin amanəti olan torpaq üçün, tökülmüş qan xatirinə atılır.
Əsgərov Musa Amil oğlu –
O, adını tarixə qanla yazdı.
O, bir əsgərin, bir Türk oğlunun vətənə necə sədaqətlə sarıldığını göstərdi.
Onun iradəsi, şücaəti və Vətən sevgisi bu millətin qürur abidəsidir.
Vətən sənə canım fəda deyən Musaların qarşısında baş əyirik!