Bu gözəlliyə başqa bir gözəllik də qatılıb: “Böyük Qayıdış”lılara təhvil verilən və böyüklüyə, qayıdışa, Laçına layiq mənzillərin açarları mənzərəni ən kamil şəkildə bütövləşdirir.

Sadəcə Laçına dönüş deyil bu, 
bu, Azərbaycanın tarixlə anlaşmasının təzələnməsidir. Bu möhtəşəm qayıdışın bax, bax, bu gün – 28 Mayda çiçəklənməsi, qanadlanması, əsla təsadüf deyil. Çünki bu torpaqlarda təqvimlə tarix birləşib, torpaqla ruh eyni dərəcə daşıyır - Səttar Bəhlulzadənin ünlü əsərinin adı ilə desək “Torpağın arzuları”nı görürük, oxuyuruq, dinləyirik!

Prezident İlham Əliyev dünən və bu gün Laçındadır. Yalnız açılışlar etmədi Prezident. Prezident səmimi görüşlər keçirdi, xeyir-dualar verdi, ovqatlaşdı, umud payladı, inam aşıladı. Sakinlərlə danışdı – hər birinin gözlərinin içinə baxaraq… Hələ-hələ azyaşlı uşaqlarla çox yaxşı söhbətlər könüllərə yazıldı, könüllərə!..
Laçınlıların evlərinə açar deyil, talelərinə yeni bir səhifə verdi Dövlət başçımız.

Yeri gəlmişkən, Laçın Hava Limanının açılışı da bu günə -Müstəqillik Günümüzə düşdü. Dünən qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi gətirən uçağın endiyi yeni aeroporta bu gün qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın uçağı endi. Laçında göyüzünün yeni qapısı açıldı! Simvolikdir: bu torpaq bir vaxtlar “bağlı qapı” idi – işğalda, susqunluqda qalmışdı… İndi isə açıqdır: dostlara, dünyaya, xoşbəxt gələcəyə!

Bu qapılardan təkcə adamlar yox, bir xalqın taleyi keçir.

Dünən açarı verilən o mənzillərə isə yalnız ailələr yox, qürur yerləşir.

O meydanlarda yalnız rəsmi nitqlər yox, yüzilliklərin yaddaşı səslənir.

Laçının yolları təzə çəkilib, amma ayaq səsləri köhnədir – haqq dünyasında olan baba-nənələrin, şəhidlərin ayaq səsləri… Bu yolları öncə xəyallar keçdi, sonra alxışlar, sonra da şanlı ordumuzun addımları! İndi həmin yollarla müjdələr gəlir: işıq, su, məktəb, iş, hava limanı və əlbəttə bayraq!..

28 May 1918 – Xalq Cümhuriyyətinin elan olunduğu gündür…
O vaxt da cəbhə vardı, parçalanmış torpaqlar vardı. Amma bir millətin iradəsi vardı – qurtulmaq istəyən bir ulus vardı. İndi həmin ulus – 107 il sonra – yenə ayaqdadır, yenə meydandadır. Sadəcə fərq ondadır ki, bu dəfə qalibdir!

Və bu qələbə təkcə hərb meydanına aid deyil. Bu qələbə quruculuqda, yenidənqurmada, ruhların yenilənməsindədir. Prezident Əliyev sadəcə dövlət başçısı kimi deyil, ulusun yol yoldaşı kimi Laçındadır. Sakinlərlə birgə gülür, dinləyir, duyğularını bölüşür. Bu obraz artıq təkcə siyasi deyil, şanlı tarix və qürurlu simvol mahiyyəti daşıyır.

Laçında torpaq da danışır bu gün.
Dağlar da bayram edir.
Uşaqların gözündə işıq var – onlar ilk dəfə yurdlarında ucalan - ucalardan-uca bayrağı görürlər. Hələ yurdun daşına, torpağına alışmamış bu ən yeni nəsil, artıq öz dövlətini görür, hiss edir, güvənir, qürur duyur!

Bu torpaqda babaların ruhu şaddır. Onlar bir vaxtlar ayaqlarının altından sürüşən yurdun indi ayaq yeri deyil, baş tacı olduğunu görürlər. Bir zamanlar əllərindəki daşla Vətən müdafiə edənlər, indi əlində açarla evlərinə dönür. Yerini düşmənin tapdaq etdiyi, İrəvanla Stepanakert dedikləri Xankəndi arasında “su yolu”na döndərdiyi Laçının indi təkcə yeri deyil, göyü də meydan oxuyur: dost ola bilməyənlərə bilavasitə meydan oxuyan Laçın, dostlara hava meydanında da, futbol meydanında da, turizm meydanında da… qucaq açır, könül verir.

28 May sadəcə bir tarix deyil.
O bir iradədir.
O iradə ki, bir milləti yüzillərin içindən keçirib bu günə gətirib.
O günün övladları bu gün Laçındadır.
Qalib və azad!
Ədalətli və qürurlu!
Və bu ulusun bir diləyi var: barış içində yaşamaq, azadlığın qədrini bilmək, gələcəyin yolunu birlikdə qurmaq.

Bayramın qutlu olsun, can Azərbaycan!
Sənə Zəfər yaraşır!
Sənə inama dönüşən umud yaraşır.
Və sənə – bu dağlara dönən sevinc çox yaraşır!
Laçın LAÇIN, Hava limanın - göyüzünə açılan qapın da, yayda sərin, qışda isti yuvalara açılan qapıların da qutlu olsun!

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

#Əkbər QOŞALI

 

 

 

 

 

 

 

#Azərbaycan #Laçın #Qarabağ #Vətən #ZəfərYolu #Bayraq #Qürur #MilliBirlik #AzərbaycanDövləti #TorpaqBütövlüyü #GeriDönüş #VətənUğrunda #BöyükQayıdış #VətənSevgisi #ŞəhidlərÖlməz #QalibAzərbaycan #LaçınAzaddır #AzərbaycanOrdusu

 

 

#DenklikBilmecesi #Sonİmza2500İmza #Mansur Yavaş #Sıra #İmzalar #İzmir #Disk #EmekÇokKademeYok #eşitliğehayır #pazartesi #Cemil Tugay #btg Savunma  #Asgari #Lokavt #İşçi  #Ukrayna #Rusya #Sendika #Osman Gökçek #Kadın #Samsunspor #Özel #SONDAKİKA #Bu Bir Hak Mücadelesidir #Zelenski #GENELAF 360Vekiĺ #3308MağduruEngellenemez #Hong Kong #EmekÇokKademeYok


CAN LAÇIN!

Laçında duman dağlara yatıb, göyüzü açıq, ürəklər işıqlıdır. Açılan hər bir qapı, yüksələn hər bayraq – sanki bircə cümlə deyir: “Azərbaycan dövləti geri döndü”!

Ekber GOŞALI

28.05.2025 14:09:00

Traktör Şazi'nin maçları TRT'de yayınlansın mı?


Evet 205 Kişi
% 98,08
Hayır 4 Kişi
% 1,91

Ndidi Resmen Beşiktaş’ta!

Gedson Fernandes'e Rekor Veda: Beşiktaş, Gedson Fernandes'i BJK rekor bonservis bedeliyle sattı. 26 yaşındaki futbolcu, siyah-beyazlı kulübün tarihine geçti.

Fenerbahçe'de Gecenin İkinci Transferi; Milan Skriniar’ın Bonservisini Aldı

Fenerbahçe, Nelson Semedo’yu Kadrosuna Kattı

Victor Osimhen İstanbul’da! Galatasaray’da Tarihi Transfer Gerçekleşiyor

Fenerbahçe, Dünya Yıldızı Asensio Transferinde Mutlu Sona Çok yakın

Beşiktaş, Kyle Walker-Peters Transferini Resmen Açıkladı

Fenerbahçe, Archie Brown transferinde mutlu sona yakın

Şampiyonluk Gölgelendi: Traktör’den İran Devlet Televizyonu’na Sert Tepki!

Tebriz’de 200 Bin Kişilik Kimlik Ayaklanması: “Yaşasın Azerbaycan!” Sloganlarıyla Rejime ve Sansüre Meydan Okundu

LİG TABLOSU

Takım O G M B Av P
1.Galatasaray 36 30 1 5 60 95
2.Fenerbahçe 36 26 4 6 51 84
3.Samsunspor 36 19 10 7 14 64
4.Beşiktaş 36 17 8 11 23 62
5.İstanbul Başakşehir 36 16 14 6 4 54
6.Eyüpspor 36 15 13 8 5 53
7.Trabzonspor 36 13 11 12 13 51
8.Göztepe 36 13 12 11 9 50
9.Rizespor 36 15 17 4 -6 49
10.Kasımpaşa 36 11 11 14 -1 47
11.Konyaspor 36 13 16 7 -5 46
12.Alanyaspor 36 12 15 9 -7 45
13.Kayserispor 36 11 13 12 -12 45
14.Gazişehir Gaziantep 36 12 15 9 -5 45
15.Antalyaspor 36 12 16 8 -25 44
16.Bodrum FK 36 9 17 10 -17 37
17.Sivasspor 36 9 19 8 -16 35
18.Hatayspor 36 6 22 8 -27 26
19.Adana Demirspor 36 3 28 5 -58 2

YAZARLAR