Sayman Aruz, Azerbaycan Cumhuriyeti Yazarlar Birliği’nin Güney Azerbaycan Şubesi müdürü olarak, geçen günlerde yaptığı açıklamalarda İran içində kitabı nəşr olunan Güneyli şairləri “rejimin adamı” kimi təqdim edir və onların legitimliyini sual altına alır. Lakin bu iddia, həm tarixi faktlara, həm də real vəziyyətə ziddir.
İran daxilində Güneyli yazar və şairlərin əksəriyyəti illərdir senzura, kitab toplatmaları, nəşr qadağaları və davamlı təzyiqlərlə üz-üzədir. Bir çoxlarının kitabları illərlə rəfdə saxlanılır, nəşrə icazə verildikdən sonra belə tirajlar toplanır və ya çap prosesi müxtəlif bəhanələrlə ləngidilir. Bu mənzərə Güney ədəbiyyatının içindəki ağır basqı rejiminin rəsmi göstəricisidir.

Lakin paradoks ondadır ki, Sayman Aruzun öz kitabları İran rejiminin içində heç bir maneəyə rast gəlmədən, rahat şəkildə çap olunur və yayılır. Nə dövlət qurumları tərəfindən hər hansı təzyiq, nə də senzura refleksi onun adı ətrafında görünür. Bu isə ən sadə sualı gündəmə gətirir:
Bu sualın özü siyasi baxımdan həlledicidir. Çünki:
Bir tərəfdə İran daxilində fəaliyyət göstərən və rejimin düşməni kimi tanınan Güney yazarı, şairi var, hansılar ki senzura və həbslə üzləşir.
Digər tərəfdə isə özünü Güney ədəbiyyatının təmsilçisi kimi təqdim edən Sayman Aruz var — onun kitabları isə eyni rejimin nəzarətində olan mətbəələrdən rahatlıqla çıxır.
Sayman Aruzun İranda çap olan kitablarından örnəklər:



Bu iki mənzərə arasında yaranan ziddiyyət sadəcə “əməliyyat təsadüfü” ola bilməz. Əgər Sayman Aruz dediyi kimi, İran içində kitabları çap olunan şairlər “rejim adamı”dırsa, onda onun özünün rejim içində senzurasız və manesiz çap olunması nə deməkdir?
Bu, iki ehtimaldan birini gündəmə gətirir:
Ya Sayman Aruz İran tərəfindən istisna olaraq “etibarlı fiqur” hesab edilir,
Ya da o, Güney Azərbaycan ədəbi-siyasi mühitində alternativ səsi susdurmaq üçün istifadə edilən faydalı bir mexanizmdir.
Hər iki halda, nəticə dəyişmir:
Bu mənzərə, Güney Azərbaycanın həqiqi ədəbi-siyasi mübarizəsinin ziddinə işləyən, öz qaranlıq mövqeyini qorumaq üçün Güneyli yaradıcıları hədəfə alan İran rejiminin bir davranış modelini xatırladır.

184. Nilufər Kiyani - Şair
185. İbrahim Əlvəndi – Şair, yazıçı
186. Güləddin İsmayılov – Tədqiqatçı, jurnalist
187. Sürəyyə Xəliq Xiyavi – Şair, yazıçı
188. Əhməd Kərəm– Şair, yazıçı
189. Əkbər Şəfii – Şair
190. Əmir Barani – Yazıçı
191. Rza Nuri – Şair, yazıçı
192. Rüqəyyə Əbduli – Şair
193. Hadi Süleymani – Şair
194. Ramin Abbaszadə – Şair
195. Cahan Mohebbi – Şair
196. Səid Sadeqifər – Şair, yazıçı
197. Rza Neməti – Şair
198. Əmir Səttari – Ədəbiyyatçı, milli fəal
Evet 262 Kişi
Hayır 8 Kişi