İran-Acem şahı (Pezeşkian)Turana/Azərbaycana geldi. 
İran şahı (Pezeşkian) da Türk , Turan/Azərbaycan şahı (İlham Əliyev) da Türk.

Tarix hər zaman belə davam etdi. İran coğrafiyasında TuranŞahlar dövlət qurdu. İran Turanın bir parçası oldu.

İslam öncəsi tarixlərdə Əhəməni və Sasanlı fars dövlətləri istisna olmaqla və İslam dönəmi çağlarından başlamış XX əsrin əvvəllərinə qədər (X-XX) İranda da Türklər hakim oldu, Turanda da Türklər hakim oldu.

Yalnız Əhəməni, Sasanlı, Rza Şah ve Şiyə molla hakimiyyətini çıxmaqla, minilliklər boyu İran Türk xalqının, Türk  dövlətinin vətəni oldu.

Ancaq biz Türklərin Tarix zehniyyətində böyük yanlışlıqlar, çatlaqlar, əksikliklər var.

Biz Türklər İranı modernizm çağından etibarən  Batı Tarix perspektivindən yorumladıq, İrana Batı perspektivindən baxdiq,  Batı Tarix görüşləri ilə İranı Fars mərkəzli dövlət, ölkə kimi qavradıq ki, Batının da istədiyi məhz bu idi.  Batı tarixçiliyi İranı Aryanlarin, Farsların hinterlandı kimi təqdim etdi, bir Fars İran anlayışı yaratdı , biz də bunu mənimsəyib İrana farslarin ölkəsi kimi baxmağa başladıq. Bizim yanlışımız da məhz budur. İrana Batının gözündən baxmaqdır.  

Batı Fars tarixini, Fars dövlöt ve din tarixini şişirdib güncəllədi, Türk tarixini, Türk imperatorluqlarını , Xaqanlarını isə kiçiltdi, basdırdı , tarixin alt qatlarına itələdi.

Farsları mərkəzə qoyan Batı mərkəzli tarix anlayışından imtina edib İrana, İran Tarixinə  Türk mərkəzli Tarix anlayışından baxdıqda, İran Tarixini Türk mərkəzli perspektivden yorumladıqda başqa mənzərə açılır. 
Türk perspektivindən baxdıqda görəcəyik ki, İran Türklərin vətəni, Turan Şahların ölkəsidir. Farslar da gilək, lar, lor, mazandarani, bəxtiyari, kürd, talış, bəlluc, ərəb kimi İrandakı azınlıq qruplardan biridir.

Farsları İran Tarixinin mərkəzinə qoyub, mərkəzçi güc edən Batıdır. Son yüz ilin Modern  İranını  Farslar yox, İngilislər inşa etmişlər. İranı Fars mərkəzli ölkəyə Batı çevirmişdir.

İran Şahlar da Türkdür ,
Turan Şahlar da Türkdür ,
Səfəvi də Türkdür, Osmanlı da Türkdür.
Türkiyə, Azərbaycan da Türkdür, İran da Türkdür.

Bizim məsələmiz Fars mərkəzli İranı Türk mərkəzli İrana çevirməkdir.

Avşar türk  dövləti ilə Qacar türk  dövləti arasında 47 illik bir qırılma var.

Türk olmayan, əslən 
İran -Əfqan kökənli Zənd dövləti  Avşar dövlətini yenib İranı ələ keçirmişdi. 47 il İran dövlətini əldə tutdular. Qacar Türk tayfası Zəndləri yendi və İranda Türk dövlətini bərpa etdi.

1925 - də başda İngiltərə olmaqla, 19 yüzilliyin sonlarından etibarən İranda əski pars ideolojisini dirçəltmək fəaliyyətləri ilə məşğul olan  Hindistanın  Qucarat vilayətinin Zərdüstçü parsilərindən Manekji Limji Hataryanin, yəhudi Əli Firuğinin, İngiltərə elçiləri Lavrensenin, Ser Ərdəşir Reporterin, Fransa elçisi Gabenaunun, Oryantalist Korbinin çalışmalari ilə İranda Türk Qacar dövləti devrildi, Rza Şah timsalında Fars diktator hakimiyyəti quruldu. İran farslaşdırıldı . Fars mərkəzli dövlətə çevrildi. 125 ildir ki, İranda Farslar hakimiyyətdədir.

Türklər bu 125 illik Fars hakimiyyətini devirib, yenidən öz Türk hakimiyyətlərini, dövlətlərini bərpa etməlidirlər. 
125 il elə də böyük bir tarixi zaman  deyildir.

Əhəməni fars dövləti devrildikdən sonra, yerinde təxminən 100 illik  Selevki -yunan dövləti qurulmuşdu. Sak Türkləri Selevkiləri devirib, İranda yenidən 500 illik Türk Parfiya dövlətini qurdular. 
Türk Parfiya dövlətini də 500 ildən sonra Fars Sasanlilar devirib Fars dövlətini qurdular. Sasanlıları da müsəlman Ərəblər İran tarixindən sildilər. Bundan sonra Türklər yenidən İranda 1925-ə qədər 1600 il davam edən tarixlərini başlatdılar.

Bunları ona görə xatırlatmaq ehtiyacı duyuram ki, göstərim ki, İranı Fars ölkəsi, Fars mərkəzli tarix və kültür kimi qavramayaq. İran bir coğrafiyadır və bu torpaqlarda  qurulan dövlətlərin və mədəniyyətlərin əksəriyyəti türkdür.

İranı bölmək, Türk hinterlandını , türk etnosunu , Türk dil arealını Azərbaycana sıxışdırmaq, Azərbaycanla məhdudlaşdırmaqdır ki, bu genel Türk milli maraqlarına ziddir, Türk millətinə  zərbə vurmaqdır.

Türklər İran içərisində  yalnız Azərbaycanda yaşamır, Türklər İranın hər bölgəsində, hər şəhərində, kəndində yaşayır. İran tamamilə bir Türk coğrafiyası , Türk Hinterlandıdır. Türk dili İranın bütün bölgələrini əhatə edir. O üzdən, bütün İranda türk dövlətini bərpa edib İranı yenidən bir Türk dövlətinə çevirmək Türk millətinin maraqlarına uyğundur. İranda türk milli dövləti qurulduqdan sonra da İrandakı bütün azınlıqların etnik kimliyi, dil və hüquqları dövlət tərəfindən qorunacaqdır.

Türkiyə bir turk dövlətidir. Orada yunanlar, ermənilər, çərkəzlər, romanlar, kürdlər və s.azınlıqlar yaşayır.

Azərbaycan bir turk dövlətidir. Orada kürdlər , yəhudilər , almanlar , malakanlar , talişlar , ləzgilər , ermənilər , saxurlar , buduqlar yaşayır .

İranda da  türk dövləti bərpa olduqda, tarixdə olduğu kimi yenə  orada farslar, giləklər, kürdlər, talışlar, lar, lor, bəxtiyari, mazandarani qruplar, yəhudilər, ermənilər, aysorilər yaşayacaq və azınllq kimi də haqq və hüquqları qorunacaqdır.  İranda türklərin sayı 
50- 65 milyondur və sayları digər etnik qruplardan çoxdur.

Tarixdə heç vaxt monoetnik bir  Farsistan dövləti olmamışdır. Əhəməni fars dövləti Manna , Midiya xalqlarını da içinə almışdır , Sasanlı Sak-Parfiya Türk tayfaları ilə ittifaq quraraq mövcud olmuşdur. Bu gün İran dilli qruplar İranda da, Tacikistanda da, Əfqanistanda da Türklərlə bərabər yaşayırlar. İranda, Əfqanıstanda, Tacikistanda Türklər çoğunlukdur. Çoxdur. İranı , Əfqanistanı , Tacikistanı ədalətli ölkəyə və gücə çevirən güc yenə də Türklər olacaqdır. Türklər tarixləri boyu zənd, pahləvi, dəri dillərini qadağan etməmişlər, dışlamamışlar. Əksinə , bu gün fars dili adlanan pəhləvi-dəri  ədəbi dilini, yazı dilini inkişaf etdirib dünyaya yayanlar Türklər olmuşlar (əlbəttə ki, yanlış yapmışlar).

İran- Turan cografi məkanları və sınırları da Şahnamədəki coğrafiyalar və Türk-fars  fay xəttləri kimi statik deyildir, əksinə , dinamikdir. Bütün çağlarda 
Xorasanda- İranda, Əfqanıstanda, Tacikistanda,  Türklərlə İran-fars dilli qruplar bərabər yaşamışlar.  Eyni zamanda  Türklər Turanın sınırlarını Kuşan, Eftalit, Qəznəli, Dehli Sultanlığı , Qütbşahlar dövləti, Babur dövləti vasitəsilə Hindistanın mərkəzinə qədər yaymışlar və Hindistanı Turana çevirmişlər, Osmanlılar doğu Romanı və Ərəb, Afrika dünyasını Turana çevirmişlər, Çingizin torunlarl Çindən Sibirə qədərki Avrasiya bozkırlarını ( indiki Rusiyanı ) Turan yapmışlar. Məmlüklər Misiri, Süveyş kanalını Turan yapmışlar. Bugünkü  Rusiya və İran da əhali tərkibinə görə bir Turandır.

Azərbaycan başdır, İran bədən. İngilislərlə Ruslar başla bədəni bir- birindən qoparmışlar. İran Türk dövlətinin üzərində Farsistan və Ermənistan qurmuşlar.

İndi biz Türklər-İran-Azərbaycan-Türkiyə Türkləri birləşib içimizdəki  Farsistan və Ermənistan məsələsini həll etməliyik.

İranda Türk dövləti bərpa olduqdan sonra 
İran- Azərbaycan -Türkiyə  konfederasiyası- Üç Oğuz İttifaqı qurulmalıdır.
İraq və Suriyadakı Türklər birləşib öz dövlətlərini- Türkməneli dövlətlərini qurduqdan sonra da Oğuz ittifaqı böyüyüb 4 Oğuz Birliyinə çevriləcəkdir.

Biz Türklər Tariximizi və coğrafiyamızı yenidən inşa etməliyik, daha doğrusu, köhnə gücümüzü bərpa etməliyik. Bu isə İranda yenidən Türk dövlətinin bərpa edilməsindən sonra mümkün olacaqdır.

Bu mümkün olmadıqda isə, İran parçalanacaq, Güney Azərbaycanın istiqlalı və sonucda da  Bütöv Azərbaycan qurulacaqdlr. Türk Milləti bunlarln ikisinə də hazır olmalıdır.
Hələlik isə qarşımızdakı əsas prioritet- İranda Türk dövlətinin bərpa olunmasıdır.  

İranın Yenidən Türk olmasi diləyi ilə...

#Yasəmən Qaraqoyunlu.

 

 

 

 

 

 

 

 

#Google #Barinajans 

#kizilcikşerbeti #Ali Koç #deprem #Eylül #GENÇFEST #Ertan Yıldız #kuşadası belediyesi #Timur #Şah İsmail #Işıl #MasumHarbiyeli OsmanUysal #TÜİK #Dilşah #Işıl #Ülkemde Siyonist İstemiyorum #Dilşah #YargıPaketiNerede #AffetTürkiyem #GazaGenocide #Geçmiş 


İran Turandır!

....

Yasemen QARAQOYUNLU

30.04.2025 09:16:00

Traktör Şazi'nin maçları TRT'de yayınlansın mı?


Evet 195 Kişi
% 98,48
Hayır 3 Kişi
% 1,51

Fenerbahçe, Dünya Yıldızı Asensio Transferinde Mutlu Sona Çok yakın

Beşiktaş, Kyle Walker-Peters Transferini Resmen Açıkladı

Fenerbahçe, Archie Brown transferinde mutlu sona yakın

Şampiyonluk Gölgelendi: Traktör’den İran Devlet Televizyonu’na Sert Tepki!

Tebriz’de 200 Bin Kişilik Kimlik Ayaklanması: “Yaşasın Azerbaycan!” Sloganlarıyla Rejime ve Sansüre Meydan Okundu

Şampiyonluğu Kazanan Bir Halk: Kupadan Çok Korktukları Kimlikti!

Busenaz Sürmeneli üst üste 3. defa Dünya Şampiyonu oldu!

Cihan FULSER'in haberi-Hande Baladın gelecek sezon Fenerbahçe'de. Zehra Güneş'in transferinde detaylar kaldı.

LİG TABLOSU

Takım O G M B Av P
1.Galatasaray 36 30 1 5 60 95
2.Fenerbahçe 36 26 4 6 51 84
3.Samsunspor 36 19 10 7 14 64
4.Beşiktaş 36 17 8 11 23 62
5.İstanbul Başakşehir 36 16 14 6 4 54
6.Eyüpspor 36 15 13 8 5 53
7.Trabzonspor 36 13 11 12 13 51
8.Göztepe 36 13 12 11 9 50
9.Rizespor 36 15 17 4 -6 49
10.Kasımpaşa 36 11 11 14 -1 47
11.Konyaspor 36 13 16 7 -5 46
12.Alanyaspor 36 12 15 9 -7 45
13.Kayserispor 36 11 13 12 -12 45
14.Gazişehir Gaziantep 36 12 15 9 -5 45
15.Antalyaspor 36 12 16 8 -25 44
16.Bodrum FK 36 9 17 10 -17 37
17.Sivasspor 36 9 19 8 -16 35
18.Hatayspor 36 6 22 8 -27 26
19.Adana Demirspor 36 3 28 5 -58 2

YAZARLAR